Jan 07 2019 15:44
Views: 402

Qaçqın və məcburi köçkünlərin   yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin olunması dövlətin sosial siyasətinin  prioritet istiqamətlərindəndir. Bunu  Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun CBC yə müsahibəsində deyib. O  ötən il bu sahədə   əhəmiyyətli işlərin görüldüyünü  bildirib. Sədr müavinin sözlərinə görə  2001-ci ildən bu günə kimi  qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan  101 yaşayış kompleksi istifadəyə  verilib. Həmin yeni mənzillərdə  53500 ailə  məskunlaşıb.

Fuad Hüseynovun sözlərinə görə  qaçqın və məcburi köçkünlərin   sosial problemlərinin həlli üçün İki istiqamətdə iş aparılır. İlk növbədə öz doğma  torpaqlarına geri qayıdana qədər  onların yaşayış səviyyəsinin yaxşılaşdırılmasıdır. İkinci istiqamət isə  bu qaydışa hazırlıqların aparılmasıdır. Sədr müavinin sözlərinə görə 2019-cu ildə də bu istiqamətdə işlər davam etdiriləcək.  

Dağlıq Qarabağ münaqişə 1 milyondan artıq  azərbaycanlının  yurdsus-yuvasız qalmasına səbəb olub. Azərbaycan  Qaçqın və məcburi köçkünlərin problemlərini   bu illər ərzində demək  olar ki heç bir ciddi xarici dəstək olmadan, təkbaşına həll edib.


Create Account



Log In Your Account