Sep 09 2019 19:25
Views: 246

Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Məktəbində yeni tədris ili başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və komitənin əməkdaşları məktəbin sinif otaqlarına baxıb, yeni tədris ili üçün hazırlanmış proqramlarla tanış olub. Müəllimlərlə görüşündə komitə sədri bildirib ki, Azərbaycan dövləti bundan sonra da “Qarabağ” məktəbinə diqqət və qayğısını əsirgəməyəcək. “Qarabağ” Azərbaycan məktəbinin direktoru Toğrul Zeynalov CBC-yə açıqlamasında bildirib ki, hər il məktəbdə təhsil almaq istəyən soydaşlarımızın sayı artır.
Nant “Qarabağ” Azərbaycan məktəbində Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi və xarici dil fənləri keçirilir. Tədris əsasən Azərbaycan dilində aparılır. Məktəbdə il ərzində Azərbaycan mədəniyyətinin təbliği, eyni zamanda Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə və burada yaşayan xarici vətəndaşlara çatdırılması üçün tədbirlər təşkil olunur.
Nant “Qarabağ” Azərbaycan məktəbi sadəcə uşaqları öyrətməklə kifayyətlənmir. Bu ildən şagirdlərin valideynləri üçün də tədris proqramı hazırlanıb. Məktəbin müəllimləri valideynlərə fransız dilini öyrədəcəklər.  Qeyd edək ki, sözügedən məktəb Azərbyacanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ötən ildən fəaliyyət göstərir.


Create Account



Log In Your Account