Aug 03 2019 15:28
Views: 320

Bu il Azərbaycanda 3,2 milyon ton taxıl istehsal olunub. taxıl yığımı  itkisiz başa çatıb. Ümumilikdə 2019-cu ildə ölkədə 1 milyon  12 min hektar sahədə dənli və dənli paxlalı bitkilərin əkini həyata keçirilib ki, bunun da 670 min hektarı taxılın, 342 min hektarı arpanın payına düşür. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov CBC-yə müsahibəsində bildirib ki, sahələrdə cüzi miqdarda biçilməmiş taxıl qalıb və proses davam edir. Bu il taxıl yığımı mütəşəkkil şəkildə həyata keçirilib.

Əvvəlki illərdə texnika ilə bağlı problem yaşansa da, bu il bu problemlər aradan qaldırılıb. Buna kənd təsərrüfatı texnikalarına CPS aparatların quraşdırılması imkan verib. Bu il taxılın orta məhsuldarlığı hər hektardan 31,4 sentner, buğdanın 32, 4 sentner , arpadan isə 30 sentner olub. Növbəti ildə məhsuldarlığın artırılması istiqamətində işlər aparılır, yeni layihələrin icrasına start verilib.

İmran Cümşüdov deyir ki, məhsuldarlığın artırılması üçün böyük potensial var. Əkinçilik elmi tədqiqat institutunun yerli şəraitə uyğun yetişdirdiyi yeni sortlar yaradılıb. Bu sortlardan istifadə etməklə yüksək aqrotexniki şəraitdə  məhsuldarlığı hər hektardan 6-7 tona qaldırmaq mümkündür. 

Şöbə müdirinin sözlərinə görə, fermerlər arasında maarifləndirmə işinin aparılması istiqamətində nazirlik  təlim planı hazırlayıb. Fermerlərin ehtiyacları müəyyənləşdirilib və bu istiqamətdə təlimlərə başlanılıb. Əsas məqsəd məhsuldarlığın qaldırılması, torpaqların deqradasiyaya uğramasının qarşısının alınması, kənd yerlərindən fermerlərin şəhərlərə köçünün qarşısının alınmasıdır   


Create Account



Log In Your Account