BÖLMƏDƏN DİGƏR
2020-ci il Azərbaycan türkiyə münasibətləri baxımından çox əhəmiyyətli ildir. Çünki bu il Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılmasının 10-cu ildönümüdür. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət məsələləri şöbəsinin müdiri Cavid Vəliyev Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasının həm regiondakı hadisələrə, həm də iki ölkə arasındakı münasibətlərə müsbət təsir göstərəcəyini bildirir. İkitərəfli münasibətlərin vacib sahələrindən biri də müdafiə sənayesidir. Bu sahə üzrə Türkiyədən idxalın artması, ortaq layihələrin icrası məsələsi də gündəmdədir.