Oct 30 2019 19:52
Views: 934

Bu ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə 1 milyard 413 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 206 milyon ABŞ dolları və ya 17 faiz artıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin oktyabr sayında məlumat verilib. Hesabat dövründə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor liderliyini qoruyub. Mərkəzin departament rəhbəri Ramil Hüseynin sözlərinə görə,  siyahıda qızıl ikinci və fındıq üçüncü yerdə qərarlaşıb.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib. Hesabat dövründə İdarənin qeyri-neft sektoru üzrə ixracı 177,4 mln. dollar təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 142,4 mln. dollar olub. SOCAR Polimer isə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ikinci olub.
Bu ili 9 ayında Azexport.az portalına 436,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ixrac sifarişləri 6,4% artıb.  portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya, Türkiyə, Hindistan, ABŞ  və İngiltərə qərarlaşıb.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 9 ayında Rusiyaya qeyri-neft ixracı 16 faiz, Türkiyəyə 10 faiz,  İsveçrəyə 19 faiz, Gürcüstana 26 faiz və İtaliyaya 2,2 dəfə artıb.

 


Create Account



Log In Your Account