Mar 19 2019 17:59
Views: 441

2019-cu ilin yanvar-fevral aylarında Azərbaycana ümumilikdə 360 mindən çox xarici turist gəlib. Bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə CBC-yə müsahibəsində bildirib. Qeyd edib ki, bu da ötən ilin analoji dövri ilə müqayisədə 3%-dən artıq artım deməkdir. Bu il ölkəyə gələn turistlərin mənşə ölkələri ilə bağlı fərqlər qeydə alınıb.  Uzun illərdən bəri bu il Asiya ölkələrindən gələn turistlərin sayında əhəmiyyətli dəyişikliklər nəzərə çarpır.

Novruz bayramının qeyd olunması ilə əlaqədar ölkəyə gələn turistlərin sayının da artacağı gözlənilir. Novruz  xüsusilə bu bayramın qeyd olunduğu region ölkələrindən gələcək xarici qonaqların diqqətini cəlb edir. Dövlət Turizm Agentliyi məhz bayram günlərində ölkəyə turist axınını nəzərə alaraq paytaxt Bakıda və bölgələrdə bir sıra tədbirlər keçiriləcək. İlk tədbirlərdən biri bu gündən Sahil bağında start götürən Novruz festivalıdır. Axşam saatlarında konsertlərin keçirilməsi, xüsusi hazırlanmış musiqili tamaşa nümayişi nəzərdə tutulub.

Bayram günlərində Bakıda Fəvvarələr Meydanında, Dənizkənarı Milli Parkda Novruz tədbirlərinin keçirilməsi planlaşdırılır.  Aprel və may aylarında Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə əlaqədar ölkəyə səfər edəcək xarici qonaqların sayında artım gözlənilir.


Create Account



Log In Your Account