Aug 07 2019 14:30
Views: 212

Vergilər Nazirliyi kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi üçün yeni hədəflər və istiqamətlər müəyyən edib. Bunu CBC telekanalına açıqlamasında Vergilər Nazirliyinin İqtisadi Təhlil Baş idarəsinin rəis müavini Elşən Rəhimli deyib. Bildirib ki, bu ilin ilk 6 ayının statistikasına nəzər saldıqda, kölgə iqtisadiyyatında cəmləşən dövriyyədə azalma olduğu görünür. Bu sahədə artıq şəffaflaşma prosesinə başlanıb.

Bu ilin ilk 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün fəaliyyət sahələrində elektron qaimə ilə rəsmiləşən dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi də yüksəlib.

Şəffaflaşma əmək münasibətlərində də öz əksini tapır. Buna vergi məsəlləsinə edilən dəyişikliklər də təkan verib. Belə ki, cari ilin yanvar ayında Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, qeyri-neft sektorunun özəl bölməsi üzrə 8 min manata kimi əməkhaqqı alanlar gəlir vergisindən azad edilib.

Xatırladaq ki, ötən həftə sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə prezident İlham Əliyev kölgə iqtisadiyyatı ilə mübarizənin önəmini qeyd edib. bildirib ki, bu, indi əsas məsələlərdən biridir. Yüz mindən çox əmək müqaviləsinin bağlandığını xatırladan dövlət başçısı bildirib ki,   bu istiqamətdə önəmli addımlar atılıb.


Create Account



Log In Your Account