May 30 2019 16:57
Views: 553

SOCAR-ın əsas hədəflərindən biri neft hasilatını sabit saxlamaqla yanaşı, qaz hasilatını da artırmaqdır. Bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, 2018-ci ildə qaz hasilatının önəmli dərəcədə artırılması ölkədə xaricdən qaz idxalını tamamilə dayandırmaq imkanı yaradıb.

Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, 2020-ci ildə Azərbaycanda qaz hasilatının həcminin 40 mlrd. kubmetrdən çox olacağı planlaşdırılır. Azərbaycanın dünyanın neft-qaz sənayesinin inkişafındakı rolunu   Qaz İxrac Edən Ölkələr Forumu da yüksək qiymətləndirir. Bunu forumu baş katibi Yuri Sentyurin deyib. Bildirib ki, neft və qaz sektorunda həyata keçirilən bir çox yeniliklər məhz Azərbaycanda baş tutub.

Qeyd edək ki, iki gün davam edəcək Beynəlxalq Xəzər Neft və Qaz konfransı eyniadlı sərgisinin tərkib hissəsidir. Builki konfransa dünyanın 30-dan çox ölkəsini təmsil edən 600-dən artıq nümayəndə qatılıb.


Create Account



Log In Your Account