Oct 02 2019 19:37
Views: 225

Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyi qeyd olunub. Yubileyə həsr olunmuş tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev institututun ölkə iqdisadiyyatında oynadığı roldan danışıb. Onun sözlərinə görə, ölkədə neft-kimya sahəsində yaşanan bugünki yüksəlişdə Neft-Kimya Prosesləri İnstitutunun əvəzsiz payı var. Rövnəq Abdullayev bildirib ki, neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verən institut yüksək elmi potensialı, müasir biliklərə və zəngin təcrübəyə malik mütəxəssisləri ilə Xəzər regionunda tanınır.
AMEA-nın Prezidenti Akif Əlizadə Neft-Kimya Prosesləri İnstitutunun uğurlarına diqqət çəkib. Bildirib ki, institutun alimlərinin elmi işləri Azərbaycan neftinin tədqiqinə, yüksək keyfiyyətli yanacaq və yağların alınması məqsədi ilə effektiv emalın elmi əsaslarının işlənilməsinə, neft kimyası və neft emalı prosesləri üçün yeni texnologiyalar və katalizatorların yaradılmasına həsr olunub.
İnstitut 1929-cu ildə "Azneft" İstehsalat Birliyinin Mərkəzi Kimya Laboratoriyası bazasında ilk Azərbaycan Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə başlayıb. 1959-cu ildən isə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu adlandırılıb. Bu il martın 11-də Prezident İlham Əliyev "AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb.


Create Account



Log In Your Account