Sep 19 2019 18:59
Views: 425

Azərbaycanın neft-qaz sektorunun son 25 illik nailiyyətləri, ölkədən kənardakı enerji layihələrimiz, bütövlükdə sosial və iqtisadi inkişaf məhz “Əsrin müqaviləsi”nin töhfələridir. 25 il əvvəl milli lider Heydər Əliyevin qətiyyəti sayəsində “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan öz enerji resurslarını, enerji siyasətini dünyaya açıq elan etdi.

Xəzərin sərvətlərini ilk dəfə beynəxlalq aləmə təqdim edən bu layihəyə görə Azərbaycan beynəlxalq neft bazarında özünəməxsus yeri tutdu. Regional və qlobal enerji təhlükəsizliyinin təmin olunması prosesində Azərbayanın iştirakının təməli qoyuldu. Bununla da Azərbaycanın müstəqilliyi həqiqi real müstəqilliyə çevrildi.

“Üç dəniz əfsanəsi” adlandırılan bu saziş iqtisadi, siyasi, geosiyasi, sosial, regional və qlobal nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Bu illər ərzində ölkədə hansı dəyişikliklərin baş verdiyini təsəvvür etmək üçün bəzi rəqəmlərə diqqət yetirmək kifayətdir.

Ekspertlər hesab edirlər ki, əgər Azərbaycan özünün energetika siyasəti ilə həm regionun, həm də Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizliyinin təminatına ciddi töhfə verirsə, onda Qərb də özünün imzaladığı sənədlərə hörmət etməklə Azərbaycanın bir  nömrəli problemi olan ərazi bütövlüyünün təmin olunmasına töhfə verməlidir.


Create Account



Log In Your Account