Oct 31 2019 20:06
Views: 146

Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlılar qondarma rejimin xarici işlər naziri Masis Mayılyanın Birləşmiş Ştatlara səfərinə etiraz ediblər. Rəsmi Bakı  qondarma qurumun “nümayəndəsinin” ABŞ-a getməsi ilə bağlı rəsmi Vaşinqtona etirazını bildirib. 
Azərbaycanın ABŞ-dakı Səfirliyi də məsələ ilə bağlı Dövlət Departamentinə etiraz notası ünvanlayacaq.
Bəs qondarma rejim nümayəndəsinin ABŞ-a belə rahat bir şəkildə səfər etməsi necə mümkün olub? Bu səfər Vaşinqtonun vasitəçilik missiyasına necə təsir edir? ABŞ nümayəndələr palatasının qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul olunmasının məqsədi nədir? Bu suallarla bağlı CBC-nin “Xəbərlər” buraxılışının qonağı olan politoloq Elxan Şahinoğlu ilə söhbət etmişik.


Create Account



Log In Your Account