Oct 05 2019 19:26
Views: 240

Yaponiya səfirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin əməkdaşlığı ilə Azərbaycanda ilk dəfə budo - yapon döyüş sənətləri festivalı keçirilir. Bakı İdman Sarayında təşkil olunan festivalda karate, cüdo, kendo, aikido, ciu-citsu, sumo kimi döyüş növlərinin nümayəndələri iştirak edir. Budo yapon döyüş sənətlərinin birləşməsidir. Yapon mədəniyyətini və döyüş sənətlərini təbliğ etmək məqsədi daşıyan festival ziyarətçilərinə müxtəlif döyüş sənətləri ilə tanış olmaq imkanı yaradacaq. Festivalda digər ölkələrin müxtəlif döyüş sənətləri üzrə usta idmançılarının çıxışları da nəzərdə tutulur.


Create Account



Log In Your Account