Feb 18 2019 16:10
Views: 311

Bu günlərdə IV Buktreyler Festivalının iştirak şərtləri açıqlanıb. Festivalın təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli  CBC-nin Xəbərlər buraxılışının qonağı olub və müsabiqə haqqında məlumat verib.

Qeyd olunub ki,  buktreyler – kitabın içindəkiləri vizuallaşdırmaqla onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir. Festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği; mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi; kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması; buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafına dəstək verməkdir. Müsabiqə iştirakçıları sevdikləri kitabın buktreylerini çəkib müsabiqəyə təqdim edə bilərlər. Qalibləri yüksək məbləğdə mükafatlar gözləyir.


Create Account



Log In Your Account