Apr 06 2019 18:39
Views: 325

Bakı Bulvarının tarixi və yaranma gününün müəyyən edilməsi ilə bağlı yeni faktlar üzə çıxıb. Dənizkənarı Bulvar İdarəsinin Milli Arxiv İdarəsində apardığı araşdırmalar nəticəsində zəngin materiallar və sənədlər əldə edilib. Bu barədə Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva CBC-yə müsahibəsində bildirib. 
Bu tarixi fakt həmin dövrün qəzetlərində də yer alıb. “Baku”, Kaspiy” qəzetlərindəki məqalələrdən, xəbərlərdən də görünür ki, məhz 1909-cu il 7 aprel tarixində Bakı şəhər idarəsinin tikinti şöbəsinin rəhbəri Məhəmməd Həsən Hacınskinin bulvarın salınması təşəbbüsünü irəli sürüb. Bu məsələ müzakirə Bakı şəhər Dumasının iclasında bu barədə qərar verilib.  
Bu tarixi günün müəyyən edilməsi Dənizkənarı bulvarın və eyni zamanda Bakı şəhərinin memarlıq baxımından quruculuq, inkişafı tarixinin öyrənilməsidə mühüm rol oynayır. Qeyd edək ki, bu il boyunca bulvarın 110 yaşının təbliği ilə bağlı müxtəlif tədbirlər keçiriləcək.


Create Account



Log In Your Account