Aug 23 2019 17:03
Views: 229

“Beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini müdafiə etməyə, tarixi, memarlıq və dini abidələrimizin məqsədyönlü şəkildə dağıdılması, talan edilməsi və mənimsənilməsinə, eləcə də bu işğala son qoyulmasına çağırırıq”. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə bağlı bəyanatında belə deyilir. İcma üzvləri beynəlxalq təşkilatlardan ədalət tələb edir.

İcma üzvləri bəyan edib ki, münaqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması haqqında BMT Təhlükəsizlik Şurası qətnamələrinin icra edilməsindən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf yeddi rayonundan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş azərbaycanlıların doğma torpaqlarına qayıtmasından və ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra mümkündür.

Azərbaycan Xarici İşlər Nazirliyi də Füzuli və Cəbrayılın işğalı ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsində Azərbaycanın Horadiz şəhərinin işğalı kəskin şəkildə pislənib və Horadiz şəhəri daxil olmaqla, Azərbaycanın cənub sərhədləri boyunca humanitar fəlakətin yaranması və çoxlu sayda mülki şəxsin didərgin düşməsinə münasibətdə ciddi narahatlıq ifadə olunub. 

 


Create Account



Log In Your Account