Sep 24 2019 17:35
Views: 346

Öz fikrini azad ifadə etmək və ortaq məxrəcə gələ bilmək bacarığı -  Avrasiya ölkələrinin parlament sədrlərinin toplantısının əsas məqsədi məhz bundan ibarətdir. 4-cü toplantının mövzusu isə dialoq, etimad və tərəfdaşliqdır. Forumda iştrak etmək üçün 65 ölkədən nümayəndə heyəti, 14 parlamentlərarası təşkilatın nümayəndələri gəlib. Rəsmilər  Nur-sultan şəhərində Müstəqillik Sarayında toplaşıblar. Azərbaycan forumda Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Toplantıya ev sahibliyi edən Qazaxıstanın əsas mesajı Avrasiyanı dövlətlər arasında yaranan ziddiyyətlərin həlli üsullarını tapmaq üçün yeni bir tərəfdaşlıq platforması kimi kimi göstərmək və yeni tərəfdaşlıq modellərinin tapılmasıdır.


Create Account



Log In Your Account