Jul 10 2020 18:11
Views: 508

Böyük Şor gölünün üzərindən 20 ton çirkab maddə yığılaraq ərazidən kənarlaşdırılıb.  Bunu CBC-yə müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional ekologiya idarəsinin rəisi Vaqif Cavadov CBC-yə müsahibəsində bildirib. Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb. Verilmiş tapşırığa uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin müvafiq texnikası Böyük Şor gölünə gətirilib.

İdarə rəisi bildirib ki, işlərin qısa müddətdə tamamlanması üçün zəruri tədbirlər davam etdirilir.  Bir neçə gün öncə havada kəskin qoxunun yayılması səbəbindən araşdırmalara başlanılıb. Nəticədə bu qoxunun Böyük Şor gölündən qaynaqlanıb- qaynaqlanmadığını aydınlaşdırmaq üçün göldən nümunələr götürülüb. Hazırda  Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları baş vermiş hadisənin səbəblərini araşdırırlar.  Böyük Şor gölündə yaranmış çirklənmənin aradan qaldırılması işlərini Baş Nazirin birinci müavini Yaqub Eyyubov nəzarətə götürüb.


Create Account



Log In Your Account