Jun 26 2020 18:05
Views: 2892

Dünya Səhiyyə Təşkilatı Avropada koronavirusun 2-ci dalğasının müşahidə olunduğunu təsdiqləyib. Bu haqda məlumatı qurumun Avropa Regional Bürosunun direktoru Hans Klüqe  açıqlayıb. Onun sözlərinə görə, Avropanın 30 ölkəsində yoluxma dinamikasında ciddi narahatlıq doğuran artım qeydə alınıb. 11 ölkədə isə bu artım epidemiyanın yenidən baş qaldırmasına gətirib çıxara bilər. Hans Klüqe qeyd edib ki, ölkələrdə karantin rejiminin yumşaldılması ilə bərabər bu risk artır. Bura Ukrayna da daxildir.

Ukraynada ötən gün ərzində  rekord sayda yoluxma faktı qeydə alınıb. Burada gündəlik yoluxmanın 1100-dən çox olduğu deyilir. Bununla da Ukraynada qeydə alınmış yoluxma hallarının sayı 41 mini keçib. Koronavirusdan ölənlərin sayı isə 1000-dən çoxdur. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov CBC-yə müsahibəsində yoluxma sayının aparılan testlərin sayı ilə düz mütənasib olduğunu deyib.

Almaniyada da ikinci dalğa həyəcanı yaşanır. Vestfaliya əyalətində koronavirusun 2-ci dalğası ilə əlaqədar məktəblər və uşaq bağçaları fəaliyyətini dayandırıb.  Buna səbəb Gütersloda yerləşən ət məhsulları müəssisəsində 1500-ə yaxın işçidə koronavirus aşkarlanmasıdır. Daha sonra isə bu işçilərin yaşadığı Vanderdorfda koronavirus daşıyıcıları müəyyən olunub.

 


Create Account



Log In Your Account