Aug 10 2020 18:06
Views: 302

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu gündən karantin rejimi ilə bağlı bir sıra yumşaldılmalar tətbiq edilib. Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin, müxtəlif istehsal sahələrinin fəaliyyətinə icazə verilib. Bu, özünü paytaxtda nəqliyyat sıxlığında da özünü göstərib.

Nazirlər Kabinetinin yeni qərarına əsasən sərtləşdirilmiş karantin rejiminin qüvvədə olduğu 13 rayon və şəhərdə bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə artıq icazə verilir. Həmçinin açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi, qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və istehsalat sahələrinin fəaliyyəti də bərpa olunur. Verilən qərarı müsbət qiymətləndirən şəhər sakinləri vaxt itirmədən, elə bu gün erkəndən işlərinin başına keçiblər.


Create Account



Log In Your Account