Jun 27 2019 19:38
Views: 164

"2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi üçüncü oxunuşda Milli Məclis tərəfindən təsdiqləndi. Layihəyə görə, ötən il büdcənin gəlirləri 22 milyard 508 milyon 870 min manat, xərcləri isə 22 milyard 731 milyon 644 min manat olmaqla təsdiq olundu.  
Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi də təsdiqləndi. Dəyişiklik əmək pensiyalasının minimum məbləğinin artırılaraq 200 manata çatdırılması ilə əlaqədardır. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.  Müzakirələr zamanı deputatlar maaş və pensiya artırmının süni qiymət artımı və inflyasiyaya səbəb ola biləcəyindən ehtiyatlandıqlarını, bununla bağlı hökumətin qabaqlayıcı tədbirlər görməsini tövsiyə ediblər 
Deputatlar “2019-cu il dövlət büdcəsi haqqında” qanuna dəyişikliyi də birinci oxunuşda müzakirə etdilər. Qeyd olundu ki, minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun isə büdcəsinin 15 milyon manat artırılması zərurəti yaranıb. Bununla əlaqədar bu ilin icmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılması və dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldılması nəzərdə tutulur. Qanun layihəsi qəbul edildi.  
Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında ümumilikdə 49 sənəd müzakirəyə çıxarılaraq təsdiqləndi. İyulda sessiya çərçivəsində daha iki iclasın keçirilməsi planlaşdırlır.


Create Account



Log In Your Account