May 16 2019 19:08
Views: 197

“İcbari Tibbi Sığortanın ölkə üzrə tətbiqinə hazırlıq işləri yüksək səviyyədə davam edir”. Bu haqda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov məlumat verib. Bildirib ki, sosial layihə 2020-ci il yanvarın 1-dən ölkə üzrə bütün tibb ocaqlarında tətbiq olunmağa başlayacaq. “Tibbi sığorta haqqında” qanuna əsasən icbari tibbi sığortanın xidmətlər zərfi iki hissədən ibarət olacaq.

Bir sıra əhali qrupları əlavə təminat əldə etmək üçün tələb olunan icbari tibbi sığorta haqlarından azad olunacaq. Onların bu xərclərini dövlət öz üzərinə götürəcək.

Xidmətlər zərfi üzərində agentlik ciddi iş aparır. Bura daxil olan tibbi xidmətlərin adları təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq. Hazırda icbari tibbi sığortanın baza zərfinə 1829 adda tibbi xidmət daxildir. Bunlar ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım xidmətləridir. Əlavə hissəyə isə ixtisaslaşdırılmış həkim yardımı və digər tibbi xidmətlər aiddir.

Sosial layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, əhaliyə etibarlı və keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək dayanıqlı tibbi sığortanı təmin etməkdir. İndiyədək Mingəçevir, Yevlax və Ağdaşda icbari tibbi sığorta pilot layihə şəklində tətbiq olunub. 2018-ci ildə üç bölgədə həyata keçirilən pilot layihə çərçivəsində 1 milyondan çox insana icbari tibbi sığorta xidməti göstərilib.


Create Account



Log In Your Account