Jul 17 2019 18:31
Views: 184

Bu gün Azərbaycan Tibb Universitetində Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclası keçirilib.  İclasda prezident tərəfindən təltif olunan alimlərə “Azərbaycan Xalq Cümhuriyyəti 100 il” yubiley medalı təqdim olundu.  AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Moisey Bekkerə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanov təltif olunublar. Toplantıda AMEA-nın Biofizika İnstitutunun direktoru Oktay Qasımovun “Ağciyər xərçəngi ilə bağlı tədqiqatları əks etdirən məruzəsi dinlənilib.  Akademiyanın prezidenti Akif Əlizadə  Azərbaycan Milli Elmlər Akademiyasının inkişafına dair iri bir layihə hazırlanacağını bildirib. Sənəd 2020-25-ci illər üçün Azərbaycan elminin inkişafı üçün tədbirləri əhatə edəcək. Sonradan bu layihə təsdiqlənmək üçün prezidentə təqdim olunacaq.


Create Account



Log In Your Account