Jul 24 2019 18:32
Views: 297

2019-cu ilin nəticələrinə görə Azərbaycan “Doing Business” hesabatında “Biznesə başlama” meyarı üzrə dünyanın ən yaxşı onluğunda yer alıb. Bu il biznesə start verilməsi qaydalarında bir sıra yeniliklər tətbiq etməklə ölkədə mövcud prosedurlar daha da asanlaşıb. 2008-ci ildən Vergilər Nazirliyi sahibkarlıq subyektlərinin dövlət qeydiyyatını “Bir pəncərə” prinsipi ilə həyata keçirir. 2012-ci ildən etibarən isə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı elektron formada aparılır. Ötən il “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda edilmiş dəyişikliklər sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində əlverişli mühitin formalaşmasına müsbət təsir göstərərək yeni rəqəmsal elektron qeydiyyat sisteminin qurulması ilə nəticələnib.

Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesində yaşanan islahatlar nəticəsində prosedurların sayı 3-dən 1-ə enib. Yerinə yetirilmə müddəti isə 20 dəqiqəyədək azaldılıb. Hüquqi şəxs olaraq biznesə başlamaq üçün tələb olunan maliyyə vəsaiti və sənəd daha lazım deyil. Bu da daha çox hüquqi şəxslərin qeydiyyata alınması ilə nəticələnib.

“Doing Business 2019” hesabatında Azərbaycan “Biznesə Başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir. Bu hesabatda Azərbaycan üçün “Biznesə Başlama” indikatoru üzrə 3 prosedur, 3,5 gün və 18 manat xərc nəzərdə tutulur. Lakin 2019-cu ildə həyata keçirilmiş islahatlar nəticəsində biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət cəmi 1 prosedur çərçivəsində 0,5 gün ərzində onlayn qaydada qeydiyyata alınır. Aparılmış islahat Azərbaycanın “Doing Business” hesabatında mövqelərinə müsbət təsir edəcək.


Create Account



Log In Your Account