May 01 2019 15:14
Views: 198

Azərbaycanın Vaşinqtondakı Səfirliyində Donald Ramsfeld Fondunun “CAMCA” proqramının təqaüdçülərinə həsr olunmuş tədbir keçirilib. Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustanı əhatə edən CAMCA proqramı regiondan peşəkarları bir araya gətirməklə ideya mübadiləsi, ABŞ-la region arasında daha yaxşı anlaşma və daha güclü bağlar qurmaq məqsədi daşıyır. Tədbirdə “CAMCA” ölkələrinin səfirləri və digər yüksək rütbəli diplomatları, düşüncə mərkəzlərinin nümayəndələri, habelə ABŞ dövlət qurumlarının nümayəndələri iştirak edib. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ölkəmizin təşəbbüsü və aparıcı rolu əsasında həyata keçirilən enerji və nəqliyyat infrastruktur layihələri barədə danışıb. Bu layihələrin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının inkişafı və iqtisadi inteqrasiyası baxımından əhəmiyyətini qeyd edib. Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri professor Frederik Star regionun inkişafında Azərbaycanın mühüm rol oynadığını vurğulayıb. “CAMCA” proqramı adından çıxış edən ADA Universitetinin müəllimi və iş adamı Fuad Kərimov təmsil etdiyi proqramın təqdimatını keçirib.


Create Account



Log In Your Account