May 16 2019 15:04
Views: 197

Bakı Ekspo Mərkəzində keçirilən 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri çərçivəsində ziyarətçilərə Azexport.az portalının imkanları da təqdim olunur. portal burda özünün səyyar xidmət mərkəzi ilə təmsil olunur. Azexport portalının meneceri Ayxan Qədəşovun sözlərinə görə, bu il səyyar xidmət mərkəzinə yeni şirkətlər  müraciət edib.

Sərgi çərçivəsində Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları, aqrar texnika, qablaşdırma məmulatları və digr məhsullar nümayiş olunur. bununla yanaşı kənd təsərrüfatı sahəsində innovasiyalara geniş yer verilib. Eyni zamanda Litva, Rusiya, Sloveniya, Belarus, Ukrayna, Gürcüstan, Xorvatiya, İtaliya, Türkiyə, Niderland və Şri-Lanka təmsil olunur. Bu baxımdan tədbir həm də yeni əməkdaşlıqların qurulması üçün imkan yaxşı yaradır. Bundan başqa kənd təsərrüfatı istehsalçıları üçün seminarların təşkili nəzərdə tutulur. builki sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 20 faiz artıb. Artım iştirakçıların sayında da qeydə alınıb.

Bu il “WorldFood Azerbaijan” sərgisi üçün ikqat əlamətdardır. Belə ki, sərgi 25 illik yubileyini qeyd edir və bu müddətdə sahənin regionda hərəkətverici qüvvəsinə çevrilən sərgi  25 il ərzində dünyanın 40-dan artıq ölkəsini təmsil edən 2 mindən çox şirkəti bir araya gətirib.


Create Account



Log In Your Account