Nov 13 2019 18:54
Views: 98

“Caspian Ecology”  X Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi öz işinə başlayıb. Azərbaycan da daxil olmaqla  sərgidə 10 ölkədən 60 şirkət iştirak edir. Nümayiş olunan yeni texnologiyalar ətraf mühitin qorunmasına və sağlamlaşdırılmasına yönəlib. 
Sərgidə plastik və polietilen məhsulların utilizasiyası, ekoloji təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz qida məhsulları, alternativ enerji texnologiyaları, yaşıl landşaft dizaynı və ekoturizm ilə bağlı müxtəlif istiqamətlərdə ekoloji stendlər nümayiş olunur.
Sərginin keçirilməsində məqsəd ictimaiyyətin və müvafiq qurumların diqqətini ətraf mühitin mühafizəsinə, təbii ehtiyatlardan istifadənin optimallaşdırılmasına və bərk tullantıların təkrar emalı kimi mövzulara cəlb etməkdir. Sərgi çərçivəsində ikitərəfli görüşlər və müxtəlif seminarlar təşkil olunacaq.

 


Create Account



Log In Your Account