Nov 02 2019 17:53
Views: 132

Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology” sərgisinin 10 illik yubileyi münasibətilə ağacəkmə kampaniyası keçirilib. Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən Böyükşor gölü ərazisində keçirilən aksiya çərçivəsində 50-dən artıq sərv ağacı əkilib.

Qeyd edək ki, “Caspian Ecology” Sərgisi ilk dəfə 2010-cu ildə öz qapılarını ziyarətçilərin üzünə açıb və bu müddətdə dünyanın 10 ölkəsindən 500 şirkəti bir araya gətirib. Bu il sərgi noyabrın 13-15-i tarixlərində Bakı Expo Mərkəzində keçiriləcək.


Create Account



Log In Your Account