Apr 07 2020 18:49
Views: 253

“Bizə SMS göndərən vətəndaşların 97 faizinə cavab mesajı 1-2 dəqiqə ərzində çatıb”. Bunu CBC-yə müsahibəsində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib. Qeyd edib ki, bu, qısa müddətdə yaradılan “Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi”nin kifayət qədər etibarlı və təhlükəsiz fəaliyyətindən xəbər verir. Yetər ki, vətəndaşlar 8103 qısa nömrəsinə düzgün kodu və seriyanı göndərsinlər. Son statistikaya görə, evdən çıxmaq üçün 8103 qısa nömrəsinə 622 min telefon nömrəsindən 1 milyon 437 min SMS göndərilib. Bunlardan da təqribən 833 mini, yəni 58 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. Şöbə müdiri deyir ki, qeyri-ciddi mesajların göndərilməsi yaşayış yerini zəruri olaraq tərk etmək istəyənlərə SMS-in vaxtında çatmasına maneə törədir. O, vətəndaşları bundan çəkinməyə çağırır. Bildirir ki, əks halda bu cür hallar karantin rejimi tələblərinin pozulmasi kimi qiymətləndiriləcək.


Create Account



Log In Your Account