Oct 08 2019 16:23
Views: 332

Azərbaycanda avtomobillərlə bağlı sığorta hadisələrinin tənzimlənməsi sahəsində mühüm yenilik baş verib. İcbari Sığorta Bürosunun istifadəyə verdiyi Hadisələrin İdarəedilməsi Sistemi sığorta hadisələrin daha sürətli tənzimlənməsinə və sığorta ödənişlərinin vaxtında ödənilməsinə imkan verir. Yeni sistem Daxili İşlər Nazirliyi, İcbari Sığorta Bürosu və digər dövlət qurumlarının sistemlərnin inteqrasiyası əsasında fəaliyyət göstərir. Sistemin əsas yeniliklərdən biri də bundan sonra qəzaların sayının dəqiq bilinməsi, hadisələrin dəqiq qeydə alınması olacaq. Sistemin tətbiqi ilk növbədə sığortalıların, başqa sözlə müşrətilərin narahatlıqlarının aradan qaldırılmasına hesablanıb.
Yeni sistemin işə düşməsini ilk növbədə avtomobil sahibləri sığorta ödənişlərinin alınmasında hiss edəcəklər. Bundan sonra sığorta şirkətləri «Forma-4» adı ilə tanınan sənədi internet üzərindən ala biləcək. Yeni sistem vasitəsilə bu sənəd elektron şəkildə 10 gün ərzində, qanunda nəzərdə tutulduğu kimi veriləcək. Yəni artıq sürücülərin bu sənədi almaq üçün Yol polisinə getməsinə ehtiyac qalmayacaq.  İlin sonunda 40 mindən artıq belə arayışın elektron sistem üzərindən verilməsi nəzərdə tutulub.  Müraciətlərin elektron cavablandırılması inzibati məsələlərin daha tez həllini təmin etməklə yanaşı proseslərin ümumilikdə sürətlənməsinə təsir edəcək.
Sürücülər də forma-4 sənədi ilə bağlı narahatlıqlara son qoyulacağından  məmnundur.   
Qeyd edək ki, Forma-4 kimi tanınan sənəddə avtoqəzanın baş verməsi halı əks olunur, daha dəqiqi, hadisənin necə baş verdiyini, günahkarın kim olması göstərilir. Bu arayış zərərin məbləği 1000 manatdan artıq olan hadisələrə aiddir. Daha kiçik zərərli qəzalarda bu sənəd və polisin arayışı tələb olunmur. Bu sənədin elektronlaşması ilkin olaraq Bakı şəhərini əhatə edir, ilin sonuna qədər bütün ölkədə tətbiqi nəzərdə tutulur.


Create Account



Log In Your Account