Jul 11 2019 17:41
Views: 487

“Hazırda bütün tibb məntəqələrində icbari tibbi sığortanın gələn ildən tətbiqi ilə bağlı hazırlıq işləri aparılır". Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırlıq işləri əsasən xəstəxanalarda informasiya texnologiyaları infrastrukturunun qurulması, sığortalılar xəstəxanaya gəldiyi halda onların qeydiyyatının elektron şəkildə aparılması və göstərilmiş xidmətlər barədə məlumatların elektron şəkildə agentliyə göndərilməsi ilə bağlıdır. Bunun əsasında agentlik ödənişi həyata keçirə biləcək.  "Bu istiqamətdə hər hansı gecikmə müşahidə olunmur, intensiv formada bütün ölkə üzrə xəstəxanalarda iş gedir” Zaur Əliyev belə deyib. Onun sözlərin görə Digər məsələ tibb işçilərin yeni əmək haqlarının, bonuslarının hesablanması, tariflər, xidmətlər zərfidir ki  bunlarla bağlı təkliflər də hazırdır. Yaxın bir ay ərzində bu razılaşmalar bitdikdən sonra artıq təsdiq olunması üçün göndəriləcək. Sentyabr ayında bütün sənədlər təsdiqlənməsi gözlənilir.


Create Account



Log In Your Account