Feb 24 2020 19:01
Views: 263

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub. Artıq vətəndaşlar tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində onlara göstərilən xidmətləri “MyGov” portalından “Sığortaolunanın Tibbi Kabineti”nə daxil olaraq izləyə biləcəklər. Bunun üçün “MyGov” portalında qeydiyyatdan keçən vətəndaş öz profilinə daxil olaraq açılan pəncərədə “Qurumlar üzrə” bölməsini seçməlidir. Daha sonra Agentliyin adına daxil olaraq “Sığortaolunanın Tibbi Kabineti” xidməti seçilməlidir. Yeni xidmətin məqsədi vətəndaşların rahatlığını təmin etməkdir.


Create Account



Log In Your Account