May 15 2019 14:38
Views: 241

Azərbaycanda ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar icbari tibbi sığorta haqqı ödəməyəcək. Onlar üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulub. bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Xalq qəzetinə müsahibəsində deyib. Bildirib ki, indi icbrai tibbi sığortanın baza zərginə 1829 adda tibbi xidmət daxildir. 2020-ci il 1 yanvar tarixində qüvvəyə minəcək “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən isə icbari tibbi sığortanın xidmətlər zərfi iki hissədən ibarət olacaq: baza və əlavə hissələrdən. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəyə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir.

Zaur Əliyevin sözlərinə görə, yaxın zamanlarda xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq. 2020-ci ildən icbari tibbi sığortanın bütün ölkədə tətbiqi ilə bağlı səhiyyə sahəsində inzibati dəyişikliklər də olacaq. Bakı şəhəri və rayonlar üzrə tibb müəssisələri, elmi tədqiqat institutları, tibbi mərkəzlər və birliklər, stasionar müəssisələr, ambulatorpoliklinika müəssisələri, təcili tibbi yardım müəssisələri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin-  TƏBİB-in tərkibinə veriləcək. TƏBİB-in inzibati məsələləri bu il öz həllini tapacaq.

Xatırladaq ki, indiyədək Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında icbari tibbi sığorta pilot layihə şəklində tətbiq olunub. 2018-ci ildə Azərbaycanın üç bölgəsində tətbiq edilən pilot layihə çərçivəsində 1 milyondan çox insana icbari tibbi sığorta xidməti göstərilib.


Create Account



Log In Your Account