Jul 11 2019 18:24
Views: 273

“Hazırda bütün tibb məntəqələrində icbari tibbi sığortanın gələn ildən tətbiqi ilə bağlı hazırlıq işləri aparılır". Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırlıq işləri əsasən xəstəxanalarda informasiya texnologiyaları infrastrukturunun qurulması, sığortalılar xəstəxanaya gəldiyi halda onların qeydiyyatının elektron şəkildə aparılması və göstərilmiş xidmətlər barədə məlumatların elektron şəkildə agentliyə göndərilməsi ilə bağlıdır. Bunun əsasında agentlik ödənişi həyata keçirə biləcək.  Zaur Əliyev bildirb ki,  tibb işçilərinin əmək haqlarının, bonuslarının hesablanması, tariflər, xidmətlər zərfi ilə bağlı təkliflər də hazırdır. Sentyabr ayında bütün sənədlər təsdiqlənməsi gözlənilir.
Azərbaycanda həkimlərin əmək haqqının artımı  iki hissədən ibarət olacaq. Həkimlərin aylıq sabit sabit maaş artacaq, eyni zamanda göstərdiyi xidmətə görə əlavələr olacaq. UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin isə bildirb ki, Azərbaycanda tibbi sığorta ilə bağlı elə bil model tapmaq lazımdır ki, keyfiyyətli xidmət göstərilsin, hamı üçün əlçatan olsun. Yeni model səhiyyə xidmətlərinin daha da genişlənməsinə imkan verəcək. Artıq üç ilə yaxındır ki, ölkənin üç bölgəsində icbari tibbi sığorta üzrə pilot layihə tətbiq olunur. Layihə çərçivəsində bir sıra dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulub.
Avropa İttifaqının maliyyələşdirdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq layihəsidir. Layihənin icrasına 2017-ci ilin avqustunda başlanılıb. Layihə Fransa və Litvadan olan mütəxəssislərinin iştirakı ilə həyata keçirilib.

 


Create Account



Log In Your Account