Jul 08 2019 19:04
Views: 213

İcbari tibbi sığorta agentliyi tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə keçidi ilə əlaqədar tibb müəssisələrinin ilkin tibbi hazırlığı ilə bağlı monitorinqlər aparıb. Bunu Milli Məclisin səhiyyə komitəsinin bu gün keçirilən iclasında İcbari tibbi Sığorta Agentliyinin Strateji təhlil departamentinin Statistika şöbəsinin müdiri Tural Qulu bildirdi. Onun sözlərinə görə, Bakıda və regionlarda yerləşən tibb müəssisələrində vəziyyətlə bağlı hesabatlar hazırlanıb. Qeyd olundu ki, bir müddət öncə Cənubi Koreyada səfərdə olan agentliyin əməkdaşları bu ölkənin təcrübəsini öyrəniblər. Millət vəkilləri səfərlə bağlı hesabatı dinlədikdən sonra bu təcrübənin tətbiqində boşluqları və çətinliklərin araşdırılması baxımından suallarını səsləndirdilər, narahatlıqlarını bölüşdülər. Ən çox səsləndirilən suallardan biri ilkin tibbi xidmətin təşkili və ümumilikdə vətəndaşın icbari tibbi sığorta üçün ödənilən məğləğdə payı, istiqaməti ilə bağlı oldu.

Çıxış edənlər bu sahədə statistikanın aparılmasının önəmini qeyd etdilər. Bu işin mükəmməl təşkilinin icbari tibbi sığortanın tətbiqi zamanı xüsusilə diqqət olunmalı məqam olduğu vurğulandı. Eyni zamanda bəzi güzəştlərin tətbiqi ilə bağlı maraqlı təkliflər səsləndirildi.

İcbari tibbi sığorta Agentliyinin nümayəndəsi icbari tibbi sığortanın dövlət hesabına pulsuz olacağı ilə bağlı səsləndirilən fikirlərə əsassız olduğunu bildirdi. Burada müəyyən bir ödəniş məbləğinin vətəndaşın üzərinə düşəcəyini qeyd etdi.

Qeyd olundu ki, dərman təminatı ilə bağlı dövlət proqramları gələcəkdə nəzərdə tutulub və bu məsələ də icbari tibbi sığortanın tərkibinə daxil ola bilər. Bütün ölkə üzrə 2020-ci ildən icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulub.


Create Account



Log In Your Account