Mar 06 2019 16:42
Views: 170

Azərbaycanda ekoturizmə maraq artır. Milli parklarda həyata keçirilən ekoturizm təbiətdən zövq almaq və onu dərk etmək məqsədi daşıyır. Ölkəmizdə ekoturizmin inkişafı üçün potensial var. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə CBC-nin Xəbərlər buraxılışının efirində məlumat verib.

H.Əlizadə qeyd edib ki, Azərbaycanda iki ay ərzində yeni Ekoturizm Konsepsiyası hazırlanacaq. Hazırda xarici ekspertlərlə birlikdə bu istiqamətdə işlər aparılır: “Dövlət Turizm Agentliyinin dəvəti ilə bu yaxınlarda ölkəmizə almaniyalı ekspert gələrək milli parklarla tanış olub. Apreldə isə Çexiyadan mütəxəssisin gələcəyi gözlənilir. O, bizə milli parklarda nişanlama işlərinin aparılmasına kömək edəcək”.

 


Create Account



Log In Your Account