Dec 28 2018 16:48
Views: 256

Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdam rayonu istiqamətində törətdiyi təxribat nəticəsində bir dinc sakin yaralanıb. Erməni hərbçiləri Ağdam rayonunun işğal altında olan ərazilərindən üzbəüz mövqedə yerləşən Mirəşelli kəndini atəşə tutublar. Nəticədə Bakıdan rayona yaxınlarının məzarını ziyarət etməyə gedən rayonun Baş Qərvənd kənd sakini, 73 yaşlı Dilşad Allahverdiyeva qulağından güllə yarası alıb.

Mövzu ilə bağlı studiyanın qonağı – politoloq Elxan Şahinoğlu ilə müzakirə aparmışıq. 

 


Create Account



Log In Your Account