Jul 19 2019 19:15
Views: 187

Bakıda keçiriləcək Avropa Yay Gənclər Olimpiya Festivalında Azərbaycan millisinin bayraqdarı müəyyənləşib. Açılış mərasimində iştirakçı ölkələrin paradı zamanı ölkəmizin bayrağını Hüseyn Məmmədov daşıyacaq. Cudoçumuz çəkisi 90 kq dan ağır olan idmançıların mübarizəsində ölkəmizi təmsil edəcək.

2 gündən sonra  Avropa Yay Gənclər Olimpiya Festivalında 14-18 yaşlı gənc idmançılar 10 idman növündə turnirin medalları uğrunda mübarizə aparacaq. Avropa Yay Gənclər Olimpiya Festivalına hazırlıqlar, xarici ölkələrdən gələn idmançılar, turnirin açılış mərasimi və digər məsələlərlə bağlı ən son məlumatları əldə etmək üçün studiyamızda Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə söhbət etmişik.

 


Create Account



Log In Your Account