Apr 15 2019 18:37
Views: 515

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilən görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması perspektivləri müzakirə olunub.

Görüşdə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak ediblər. Görüşdə təmas xəttində gərginliyin azaldılması və humanitar sahədə əməkdaşlığa dair müzakirə aparılıb. Görüşün yekunu ilə bağlı birgə bəyanat qəbul olunub.

Müzakirələrin geniş təfərrüatı açıqlanmasa da, prezident və baş nazirin görüşündə humanitar məsələlərə diqqət çəkilmişdi. Sizcə, humanitar məsələ deyərkən Azərbaycanın əsas diqqəti hansı məqama yönəlib?Görüşün, ünsiyyətin özünün artıq müsbət məqam olduğunu deyənlər var. Amma əgər hər görüşdən sonra Ermənistan rəhbərliyi yenidən əvvəlki, təxribatçı açıqlamalarla çıxış edəcəksə, onda danışıqların intensivləşməsini müsbət hal saymaq olarmı?

Bu haqda CBC-nin Xəbərlər buraxılışının qonağı olan politoloq Zaur Məmmədovla müzakirə aparmışıq.


Create Account



Log In Your Account