Apr 11 2019 19:37
Views: 268

Tikinti obyektlərinin Enerji Təchizatı Şəbəkəsinə qoşulmasının müddəti azaldılıb. Prezident İlham Əliyevin fərmanı ilə bu barədə qaydalara dəyişiklik edilib. Tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması 24 gün müddətindən 20 günə endirilib. Bu barədə CBC-nin Xəbərlər buraxılışının qonağı olan Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Enerji Tənzimləmə və Monitorinq departamentinin direktoru Pərviz Əliyevlə söhbət etmişik. 
Qonaqla müzakirə zamanı sənədlərin hazırlanması prosesində yeni qaydalar izah olunub. Eyni zamanda, sahibkarlara və digər istehlakçılara, eləcə də əhali abonentlərinə tövsiyələr səsləndirilib. 

 

 


Create Account



Log In Your Account