Apr 05 2019 18:27
Views: 317

Ermənistan ordusunun Azərbaycan ərazisindən geri çəkilməsi hər iki xalqa sülh şəraitində yaşamaq imkanı yaradar. Bunu Brüsseldən Moskvaya gedərkən təyyarədə erməni jurnalistlərinin suallarını cavablandırarkən xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir  jurnalistin “Niyə siz sülh barədə danışırsınız lakin fəaliyyətiniz əksini göstərir” sualına belə cavab verib:

“Cavab çox sadədir. Mənim ölkəmin ərazisini erməni əsgərləri işğal edib. Niyə Ermənistan vətəndaşı Azərbaycan ərazisində xidmət keçir?”

Erməni jurnalist CBC kanalının efirini izlədiyini və mütəmadi olaraq İrəvanın Azərbaycan torpağı olması fikirlərinə rast gəldiyini söyləyib. Elmar Məmmədyarov isə ona əsəbiləşməməyi tövsiyə edib.

Qeyd edək ki, aprelin 4-də Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclası keçirilib. Xarici işlər naziri Elmar Məmmədyarov toplantıda iştirak edib. Bu gün isə Moskvada MDB xarici işlər nazirlərinin iclası olub. E.Məmmədyarov toplantıya qatılmaq üçün Brüsseldən Moskvaya gedib.

 


Create Account



Log In Your Account