Feb 19 2019 18:05
Views: 940

Cəbhəyanı kəndlərin sosial problemlərinin həlli istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq yollar yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yollarda işlərə başlayıb.

 

Ağdam rayonunda cari ildə 4 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə bərpası nəzərdə tutulub. Artıq bu istiqamətdə yenidənqurma işlərinə start verilib. Ümumi uzunluğu 5.6 km olan yerli əhəmiyyətli Kolqışlaq-Mirəşelli və Əhmədağalı-Çıraxlı avtomobil yolları IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yerli əhəmiyyətli Kolqışlaq-Mirəşelli və Əhmədağalı-Çıraxlı avtomobil yolları uzun illər istismar olunduğundan və təmir arası istismar müddəti keçdiyindən yol örtüyündə çalalar, çökmələr və qabarmalar əmələ gəlib, avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 50 min kv.m-dən çoxdur.

Avtomobil yollarının müxtəlif hissələrində yerləşən suötürücü borular istismar üçün yararsız vəziyyətə düşdüyündən müxtəlif diametrlərə malik boruların sökülərək çıxarılması, əvəzinə yeni metal və dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri də layihədə nazərdə tutulub. Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları, yol nişanları quraşdırılacaq.


Create Account



Log In Your Account