Aug 04 2020 18:03
Views: 311

Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunda yenidənqurma işləri davam etdirilir. zərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata görə, Cibir–Həzrə–Mucuq–Sudur marşrutu üzrə 14 yaşayış məntəqəsini əhatə edən yolun uzunluğu 46 km-dir. Yol torpaq əsaslı və çınqıl örtüklü olmaqla 4-cü texniki dərəcəlidir.Layihəyə uyğun olaraq, yolun 36 km-i asfalt-beton, 10 km-i isə çınqıl örtüklü olmaqla 3 istiqamət üzrə yenidən qurulur. Bu 34.4 km uzunluğa malik ( 24.4 km asfalt-beton, 10 km çınqıl örtük olmaqla) Sudur kəndi, 3.8 km uzunluğunda Cibir kəndi və 5.8 km-lik Mucuq kəndi istiqamətləridir. Bu çərçivədə Cibir və Mucuq kəndəri istiqamətində 9.6 km uzunluğa mailk yollar artıq yenidən qurulub. Sözügedən yollar boyu deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yolun torpaq yatağının təmiri və bərpası işləri aparılıb, yolun normativ eninin alınması üçün torpaq yatağı genişləndirilib. Əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işləri də həyata keçirilib.Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 57.6 min kv.m sahəni əhatə edib.


Create Account



Log In Your Account