Sep 19 2018 18:17
Views: 591

Sentyabrın 20-dən Bakıda start götürəcək Cüdo üzrə Dünya Çempionatının püşkatma mərasimi keçirilib. Nəticədə qarışıq komanda yarışlarında mübarizə aparacaq idmançıların rəqibləri müəyyənləşib. Beynəlxalq Cüdo Federasiyasının 2 il öncə qəbul ediyi yeni qaydalara əsasən Azərbaycanın ev sahibliyi edəcəyi cüdo üzrə Dünya Çempionatında komanda yarışlarında mübarizə aparacaq idmançılar çəki dərəcəsinə görə deyil, püşkatma nəticəsində məlum olub. Bu idman növündə fərdi yarışlar isə çəki dərəcəsinə əsasən qadın və kişi cüdoçular arasında yeddi gün əzində keçiriləcək. Qarışıq komanda yarışları son gün təşkil olunacaq. Bütün yarışlar Bakının ən böyük idman arenalarından biri olan  Milli Gimnastika Arenasında keçiriləcək.

Azərbaycanın Cüdo üzrə dünya çempionatına ev sahibliyi etməsi onun dünyada idman ölkəsi kimi tanınması və mötəbər tədbirlərin uğurlu təşkilatçısı olmasının növbəti təsdiqi olacaq. Dünya çempionatında rekord sayda  idmançının iştirakı bunu bir daha sübut edir. Tədbirin önəmini artıran məqamlar bununla yekunlaşmır.

Çempionatda Azərbaycan millisi kişilərin yarışında 9, qadınların yarışında isə 4 idmançı ilə təmsil olunur. Millimiz qarışıq komanda yarışlarında da iştirak edəcək. Komandamızın şansları yüksək qiymətləndirilir.

Çempionatın açılış mərasiminin yarışlarının 2-ci günü keçirilməsi nəzərdə tutulub. Mərasimə Beynəlxalq Cüdo Federasiyasının səfiri, məşhur italiyalı müğənni Al Bano və Azərbaycanın tanınmış incəsənət xadimləri qatılacaq.  Bağlanış mərasimində Cüdo üzrə Dünya Çempionatının bayrağı yarışlara 2019-cu ildə ev sahibliyi edəcək Yaponiyanın Cüdo Federasiyasının rəhbərinə təqdim olunacaq. Beləliklə sentyabrın 20-dən 28-dək ölkəmiz yenidən dünya idman ictimaiyyətinin diqqət mərkəzində olacaq.


Create Account



Log In Your Account