Sep 21 2018 18:17
Views: 677

Milli Gimnastika Arenasında Cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirildi. Mərasimdə president İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, dövlət və hökumət rəsmiləri iştirak etdilər.
Azərbaycanın tarixi abidələri, idmanın, o cümlədən cüdonun inkişafı, ölkəmizdə keçirilən beynəlxalq idman yarışları ilə bağlı videoçarx nümayiş olundu.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev mərasimdə çıxış Edərək bildirib ki, Azərbaycan artıq beynəlxalq qurumların etimadını qazanıb və bir çox tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. O, Bakıda keçirilən cüdo üzrə dünya çempionatının  bu idman növünün Azərbaycanda təbliğində oynayacağı roldan danışıb.
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycanın yüksək təşkilatçılıq səviyyəsindən danışıb. Ölkəmizdə bir çox sahələrin, eləcə də idmanın inkişafına investisiya yatırıldığını diqqətə çatdırıb.
Daha sonra Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatını açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirildi.
Bədii hissənin əvvəlində qrafik video elementlərindən ibarət videoçarx təqdim olundu. Sonra Azərbaycan incəsənət xadimlərinin eksklüziv çıxışları oldu. Ardınca dünya şöhrətli italiyalı müğənni Al Bano konsert proqramı ilə çıxış etdi.


Create Account



Log In Your Account