Feb 19 2018 15:45
Views: 1231

Azərbaycanın cüdo millisi Avropa çempionu olub. Avstriyanın Obervart şəhərində keçirilən cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub.  Yarışların sonuncu günündə millimiz daha bir medal qazanıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov beynəlxalq turnirin bürünc medalına sahib olub. 
Daha əvvəl isə komandamızın üzvlərindən 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov Avropa çempionu olub. O, finalda fransalı Kevin Azemaya ipponla qalib gəlib.
60 kiloqramda döyüşən təmsilçimiz Mehman Sadıqov da Avropada hamıdan güclü olduğunu sübut edib. O, finalda Rusiyalı Həmzət Zairbekovu məşğlub edib.
Cüdoçularımız Telman Vəliyev gümüş, Vüqar Şirinli isə bürünc medal qazanıb. Beləliklə, Azərbaycan cüdoçuları Obervart turnirini 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Yekun nəticədə cüdo yığmamız medalların sayı və əyarına görə bütün ölkələri qabaqlayaraq, birinci yeri tutub.


Create Account



Log In Your Account