Mar 22 2018 18:41
Views: 520

Amerika Muğam cəmiyyətinin sədri, musiqişünas-alim, bəstəkar Cefri Verbok muğam tarixi haqqında kitab yazır. Nəşrdə materiallar müəllifin xatirələri formasında təqdim olunacaq. CBC televiziyasına müsahibəsində Cefri Verbok bildirib ki, bu kitab Azərbaycan musiqisinin tədqiqatı üzrə böyük bir layihədir. 

Musiqişünas-alim Cefri Verbok bütün ömrünü muğamın tədqiqinə həsr edib. O,  artıq il yarımdır ki, muğamın tarixi ilə bağlı kitabın üzərində işləyir. “Muğamın qəlbnini axtarışında” adlanan bu kitab həm də Azərbaycan musiqisi haqqındadır. Kitab memuarlar formasında yazılır. Müəllif özünün Azərbaycan musiqisi ilə necə tanış olduğunu, muğamı necə kəşf etməsi haqqında ətraflı xatirələrini bölüşür. 

Kitab çap olunandan sonra Cefri Verbok onu bir çox qurumlara paylamağı planlaşdırır. Bununla yanaşı, ABŞ universitetlərində ustad dərsləri keçir, Azərbacyan musiqisinin tanıtımı ilə bağlı işlər görür. Bəzən, konsert proqramları ilə çıxış edir. Amerikalı bəstəkar hazırda üç Azərbacyan musiqi aləti – tar, kamança və udda milli musiqimizi ifa edir. Muğamla digər janrların sintez olunmasını düzgün saymır.

Cefri Verbok həm də muğam haqqında sənədli, qısametrajlı filmlərini müəllifid. Onun çəkdiyi “Uşaqlar muğam oxuyur”, “Gənc səslər, qədim nəğmə” filmləri təkcə Azərbaycanın deyil, bir çox ölkələrin musiqi dünyasında səs salmış layihələrdəndir.


Create Account



Log In Your Account