Feb 26 2021 16:43
Views: 958

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar İsveçrədə Azərbaycanlıların Koordinasiya Şurasının təşəbbüsü ilə Xocalıda qətlə yetirilən uşaqların fotoşəkilləri, ad, soyad və yaşları, eləcə də justiceforkhodjaly.org saytına yönləndirilən QR kodlar olan uşaq maketlərdən ibarət sərgi nümayiş olunub. İlk tədbir Cenevrənin mərkəzi meydanında baş tutub. Cenevrədə baş tutan sərgi sakinlər tərəfindən maraqla qarşılanıb, diaspor fəalları şəhər sakinlərinə Xocalı faciəsi ilə bağlı ətraflı məlumatın yer aldığı broşürlər paylayıb, erməni vandalizminin qınanılmasının, Xocalı soyqırımının tanınmasının vacibliyi onların diqqətinə çatdırılıb.


Create Account



Log In Your Account