May 16 2019 19:05
Views: 331

Bakı Ekspo Mərkəzində keçirilən 25-ci yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi-Worldfood Azerbaijan” çərçivəsində Azərbaycanda ilk dəfə olaraq “Chefs Cup” Aşpazlar Çempionatı keçirilir. Azərbaycanın tanınmış aşpazı Şahhüseyn Kərimovun xatirəsinə həsr olunan çempionatın təşkilatçısı Turizmə Dəstək və Milli Qastronomiya Təşkilatıdır. Əsas məqsəd Azərbaycanın turizm imkanlarını tanıtdırmaq, milli kulinariyanı təbliğ etməkdir. Yarışmada Azərbaycanın tanınmış otel və restoranlarının aşpazları iştirak edir.

Mayın 15-də iştirak edən komandaların nümayəndələrinə seminar və treninqlər keçirilib. Yarışmanın ilk günündə bütün komandalara sərbəst seçim verilib. Tədbir komandalara öz yüksək peşəkarlıq, istedad və beynəlxalq standartlara cavab vermək istəyini nümayiş etdirməsinə imkan yaradacaq.

Təşkilatçılar ümid edir ki, tədbir Azərbaycan qastronomik turizmin inkişafına töhfə verəcək. Sabah  yarımfinal və final mərhələsi keçiriləcək. Ən yaxşılar hədiyyələr, medallar və kuboklar təqdim olunacaq. 


Create Account



Log In Your Account