May 17 2019 19:01
Views: 682

Bakı Ekspo Mərkəzində keçirilən 25-ci yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi çərçivəsində  Azərbaycanda ilk dəfə olaraq təşkil edilən “Chefs Cup” Aşpazlar Çempionatı yarımfinal və final mərhələləri keçirilib. Bu mərhələdə Azərbaycanın tanınmış otel və restoranlarının aşpazları konkret zaman çərçivəsində əsas yemək, qəlyanaltı və desert hazırlayıb. Menyuya hansı yeməklərin daxil olacağını  isə “qara qutu” müəyyən edib.  İştirakçı komandalara inqridiyentlərdən milli və Avropa mətbəxindən ana yeməklər hazırlamaq tapşırığı verilib.
Azərbaycanın tanınmış aşpazı Şahhüseyn Kərimovun xatirəsinə həsr olunmuş  çempionatda 17 komanda iştirak edib. Ötən gün komandalar ev tapşırığı əsasında yeməklər hazırlayıb. Finalda 6 komanda mübarizə aparıb. Onların içərisində beynəlxalq çempionatlarda iştirak edənlər də az deyil.
Yeməklər xüsusi dəvət olunmuş xarici münsiflər qiymətləndirib. Yarışdan öncə onlar iştirakçılara seminar və treninqlər keçirilib. Yeməyi dadlı hazırlamaq, texniki normalara uyğun bişirmək və təqdim etməkə bağlı məshələtlər və tövsiyyələr verilib.
Təşkilatçılar ümid edir ki, tədbir Azərbaycan qastronomik turizmin inkişafına töhfə verəcək. Final mərhələsində qalib gələn ilk 3 komandaya hədiyyələr, medallar və kuboklar təqdim olunacaq.


Create Account



Log In Your Account