Jun 15 2019 16:58
Views: 285

Tacikistanın paytaxtı Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CİCA) beşinci Zirvə toplantısı işə başlayıb. Toplantıda təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları iştirak edir.

Bu beynəlxalq forum Asiyanın 90%-ni əhatə edən 27 ölkəni özündə birləşdirir və bu qitədə sülhün, təhlükəsizliyin və sabitliyin təminatı məqsədilə yaradılıb. Daha 8 dövlət və 5 beynəlxalq təşkilat, o cümlədən BMT CICA-da müşahidəçi statusuna malikdir. Azərbaycanı tədbirdə Baş nazir Novruz Məmmədov təmsil edir. Baş nazir tədbirdəki çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb.


Create Account



Log In Your Account